Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, Böyük Britaniyada 2 gün ərzində 53 məmur (o cümlədən 3 nazir) hökumətdəki vəzifəsindən istefa verib.
Həmçinin hökumət nümayəndələri 3 gündür Boris Consonun istefasını tələb edir.