Böyük Britaniyanın baş naziri Boris Conson həmvətənlərinə krallığın Aİ-dən çıxmasından (Brexit) maksimum yararlanmağa söz verib.
Trend xəbər verir ki, hökumət başçısının müraciəti gov.uk dovlət portalında yerləşdirilib.
Conson qeyd edib ki, 2022-ci il yanvarın 1-də Aİ-Böyük Britaniya Ticarət və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən bir il keçir. Sənəddə həmçinin bildirilir ki, o vaxtdan Britaniya hökuməti artıq bir sıra təsirli tədbirlər görüb, xüsusən də ballara əsaslanan yeni immiqrasiya sistemi qurub. Böyük Britaniya, bundan əlavə, ən sürətli peyvənd kampaniyasını həyata keçirib.
Conson vurğulayıb ki, kökumətin məqsədi Britaniyanın müasir, dinamik və müstəqil ölkə kimi çiçəklənməsi üçün Brexit-dən istifadəni davam etdirməkdir.