Böyük Britaniyanın baş naziri Boris Conson Yaxın Şərqdən əlavə
tədarüklər vasitəsilə ölkəni neft və neft məhsulları ilə təmin
etmək səyləri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və
Səudiyyə Ərəbistanına səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə KİV-lər xəbər verib.
Qeyd olunub ki, Böyük Britaniya, digər Qərb ölkələri kimi,
enerji daşıyıcılarına olan qiymət artımı ilə üzləşdiyi üçün
B.Conson istehsalçıları hasilatı artırmağa təşviq etməyə və
istehlakçılara kömək etmək və Rusiya ixracından asılılığı azaltmaq
üçün digər tədarükləri də təmin etməyə çalışacaq.
“Böyük Britaniya üzləşdiyimiz yeni reallıqla mübarizə aparmaq
üçün beynəlxalq koalisiya qurur. Dünya özünü Rusiyanın
karbohidrogenlərindən ayırmalıdır”, – deyə B.Conson bildirib.
O qeyd edib ki, “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb
Əmirlikləri bu səylərdə əsas beynəlxalq tərəfdaşlardır”.