Boris Conson 2020-ci ildə koronavirus məhdudiyyətləri ilə bağlı qaydaları pozmadığını bildirib

Böyük Britaniyanın baş naziri Boris Conson, yazılan cəriməni
ödədiyinə baxmayaraq, 2020-ci ildə koronavirusun yayılması ilə
mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətləri pozmadığını
bildirib.

Trend “The
Times” qəzetinə istinadla xəbər verir ki, baş nazir bazar ertəsi
İcmalar Palatasındakı çıxış edərək pandemiyanın ilk dalğalarının
müşahidə olunduğu vaxtda “Downing Street”-də ziyafət qalmaqalına
aydınlıq gətirəcək.

Qeyd olunur ki, həmçinin London polisinin 2020-ci ildə dövlət
idarələrindəki şənliklərdə koronavirus məhdudiyyətlərini pozduqları
üçün Conson, həyat yoldaşı Kerri və maliyyə naziri Rişi Sunak-a
tətbiq etdiyi cərimələrə toxunacaq.