Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 1 fakt müəyyən edilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.