Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik – Avetisyan

Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik – Avetisyan

2024-cü ilin oktyabr ayının sonuna Ermənistanın dövlət borcu 12,6 milyard dollar təşkil edir. Yaxın üç il ərzində bu borcun 30%-i ödənilməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri erməni iqtisadçı Ovannes Avetisyan qeyd edib.

O, müqayisə üçün bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi il – 2018-ci iln sonunda ölkənin dövlət borcu 6,9 milyard dollar idi.

Onun sözlərinə görə, 2023-cü ildə hökumət xarici kreditlər üzrə 157,6 milyon ABŞ dolları, daxili borc üzrə isə 157,3 milyard dram faiz ödənişi həyata keçirib.

“Ermənistan zəif və çürüyən vəziyyəti alır”.

Teqlər: