Boqdanov İran səfiri ilə Qəzzanı müzakirə etdi

Boqdanov İran səfiri ilə Qəzzanı müzakirə etdi

Noyabrın 28-də Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İranın Moskvadakı səfiri Kazım Cəlalini onun xahişi ilə qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında yaranan vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qəzza zolağında humanitar vəziyyətə xüsusi diqqət yetirilib.

Yaxın Şərqlə bağlı bir sıra digər aktual mövzulara da toxunulub”, – deyə bildirilib.

Teqlər: