Bono niyə ilk İrəvana gəldi? Bakıya səfər edəcək?

Bono niyə ilk İrəvana gəldi? Bakıya səfər edəcək?

ABŞ-ın nümayəndəsinin danışıqlar üçün ilkin olaraq Ermənistana gəlməsi o deməkdir ki, Bakının mövqeyi göründüyündən qat-qat sərtdir. Ona görə də İrəvan və Vaşinqton əlavə müzakirə yolu ilə vəziyyətin həllini tapmağa çalışır. Amerika təmsilçisinin Bakıya gedib-getməyəcəyi hələlik məlum deyil, çox güman ki, gedəcək, lakin daha bir hal diqqətəlayiqdir: bir neçə ay əvvəl Bakıda yalnız Rusiya nümayəndəsi olub. Bu, onu göstərir ki, Azərbaycan danışıqlar prosesində Rusiyanın, Ermənistan isə Vaşinqtonun iştirakına meyillidir.

AzerTimes xəbər verir ki, bunu Almaniya Beynəlxalq və Təhlükəsizlik Siyasəti İnstitutunun analitiki Syuzan Stüart ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfəri ilə bağlı deyib.

“Bu mövqenin səbəbləri çoxdur, lakin onların hamısı bir-biri ilə bağlıdır, əsas odur ki, Kreml Cənubi Qafqazdan çəkilsin. Rusiyanın buna qarşı çıxacaq ciddi qüvvələri yoxdur. Moskva sadəcə olaraq, tərəflər arasında uzun müddətdir davam edən ziddiyyətlərə yatırım etdi və onların bu mərhələdə həll olunmama ehtimalı yüksəkdir. ABŞ isə Cənubi Qafqazda yaxşı işləyir. Lakin onlar başa düşmür ki, dövlət katibi vasitəçi olsa da, danışıqlar uğursuz da yekunlaşa bilər. Rusiya isə bunu çox gözəl anlayır və digər ölkələrdən regionun xüsusiyyətlərinə daha çox bələddir. Tərəflərin birbaşa görüşmə ehtimalı vasitəçilərin iştirakı ilə olan versiyadan daha çoxdur.

İrana gəlincə, Tehranın regiondakı nüfuzuna baxmayaraq, o, heç vaxt fürsət tapmayıb və danışıqlarda iştirak etməyib. Əvvəllər Minsk qrupu olduğuna, indi isə prosesdə Qərbin, qismən də Rusiyanın iştirak etdiyinə görə İranın bu prosesdə iştirak üçün lazımi təcrübəsi yoxdur. Ona görə də bu məsələni yeni formatlar çərçivəsində müzakirə obyektinə çevirməyə çalışır. İrəvan ümidlərini Vaşinqtona bağladıqca, İranın bu ambisiyaları heç kimi maraqlandırmır. Qərb uğursuzluğa düçar olarsa, bəlkə də İrəvan İrana tərəf dönəcək.

Niyə Azərbaycan haqqında danışmıram, çünki başa düşdüyüm qədəri ilə Bakıya mümkün qədər az vasitəçi lazımdır. Azərbaycan hesab edir ki, vasitəçilərə ehtiyac varsa, onlar regiondan olmalıdır. Son açıqlamalar bunu göstərir”, – o bildirib.

Teqlər: