Bonaqua qadınların VeloTour yarışına dəstək olub (FOTO)

Bonaqua brendinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü
ərəfəsində Bakıda qadınların veloturu keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə
keçirilən turun təşkilatçısı “Azeri Home Chef ” MMC olub.

Qadınlarda öz güclərinə inamı və əminliyi artırmaq məqsədilə
Respublika velotrekinin ərazisində baş tutan velotura 50-dən çox
qadın velosipedçi qoşulub. İdmana həvəsi olan qadınlarla yanaşı
evdar və fiziki məhdudiyyətli xanımlar da tədbirdə iştirak
edib.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin İctimaiyyətlə
Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova
qadınların hər sahədə, o cümlədən, idmanda da aktiv olmalarının
prioritetliyindən danışıb: “Peşəkar idmançılarla yanaşı veloidmanla
birbaşa əlaqəsi olmayan xanımların veloturda bir araya gəlməsi bizi
sevindirir. Onların müzakirə edəcək, bölüşəcək və bir-birinə dəstək
olacaq çox mövzularının və təcrübələrinin olduğuna əminik. İnanırıq
ki, bu tur qadınların şəxsi inkişafı üçün öz faydalı töhfəsini
verəcək”.

Aytən Məmmədova həm də onu qeyd edib ki, artıq Bonaqua
yenilənmiş dadı ilə satışa çıxarılıb və yeni konsepsiyada qadınlar
prioritet götürülüb.

Veloturda iştirakçı olan Leyla Elşənsoy bildirib ki, ilk dəfə
belə bir tura qoşulsa da, yaradılan mühit və imkanlar onda böyük
həvəs yaradıb: “Velotur hər şeydən əvvəl sağlamlıqdır. Qadın sağlam
olanda cəmiyyət də sağlam yetişir. Bu turda idmana böyük marağı
olan neçə qadınla söhbətləşmək imkanım oldu. Qadınların bir yerdə
olması həmişə gözəl nəticələrlə tamamlanır”.

Qeyd edək ki, qadınlara həsr edilən velotur artıq 4-cü ildir ki
təşkil olunur. Bugünə qədər 400 nəfərdən çox qadın velotura
qoşulub.

Teqlər: