Ermənistanın birinci prezidenti Ter-Petrosyanın evinə bomba qoyulduğu barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Aram Musinyan “Sputnik Ermənistan”a deyib.
Bildirilib ki, Petrosyanın malikanəsində polis əməkdaşları axtarış aparıblar, həmçinin əraziyə Patrul Xidmətinin alayı cəlb edilib.
Axtarışların nəticə vermədiyi, məlumatın yalan olduğu qeyd edilir.