Bolqarıstanın sabiq prezidenti Azərbaycanla qaz tədarükü danışıqları üzrə detalların sızmasında təqsirkarları tapmağa çağırıb

Xəbər - Ləman Zeynalova – Trend:

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Bolqarıstanla Azərbaycan arasında qaz tədarükü barədə məxfi danışıqların kimin yaydığını və internetə yerləşdirdiyini müəyyən etmək niyyətindədir.

Trend-in məlumatına görə, R.Plevneliyev bunu “Bulgargaz” şirkətinin rəhbərliyinin tam tərkibdə vəzifədən azad edilməsini şərh edərkən deyib.

Qeyd edək ki, bir müddət əvvəl Bolqarıstan KİV-ində Azərbaycanın qaz tədarükçüləri ilə “Bulgartransgaz” şirkəti arasında müaqvilənin bəzi detalları yer almış, nəticədə sazişin kommersiya sirləri də məlum olmuşdu.

Bununla əlaqədar Bolqarıstan Enerji Holdinqinin rəhbərliyi yanvarın 28-də “Bulgargaz”ın Direktorlar Şurasından Nikolay Pavlov, Svetoslav Delçev, Diana Boneva, İliyan Dukov və Nikolay Donçevi vəzifədən azad edib. Şirkətin yeni direktoru Lyudmil Yotsov, Direktorlar Şurasının sədri isə İvan Topçiyaski təyin edilib.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov “Bulgargaz”la bağlı yoxlamaların bir neçə həftə əvvəl başladığını bildirib. O, şirkətin keçmiş rəhbərliyinin enerji böhranı şəraitində səmərəli işləmədiyini bildirib.

Xatırladaq ki, Azərbaycanla Bolqarıstan arasında imzalanmış müqaviləyə əsasən, Sofiya Yunanıstan-Bolqarıstan interkonnektoru (İGB) ildə bir milyard kubmetr qaz əldə etməli idi. Tikintidə qeydə alınan ləngimələrlə əlaqədar Bolqarıstan Azərbaycan qazını alternativ maşrutla alır ki, bu da razılaşdırılmış həcmin üçdəbir hissəsindən çoxunu əldə edə bilmir. Yunanıstandan Bolqarıstana qaz kəmərinin tikintisində ləngimələrə görə Bolqarıstan itkilərlə üzləşir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: