Xəbər - Orxan Nəbiyev – Trend:
Bolqarıstanın “Bulgargaz” şirkətinin Direktorlar Şurasının üzvləri tam tərkibdə vəzifədən azad edilib.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Enerji Holdinqi apardığı yoxlamalar nəticəsində qərar qəbul edilib.
Qeyd olunur ki, şirkətin yeni direktoru vəzifəsinə Lyudmil Yotsov, Direktorlar Şurasının sədri vəzifəsinə isə İvan Topçiyski təyin olunub.
Bolqarıstanın energetika naziri Aleksandr Nikolov “Bulgargaz”la bağlı yoxlamaların bir neçə həftə əvvəl başladığını bildirib. O, şirkətin keçmiş rəhbərliyinin enerji böhranı şəraitində səmərəli işləmədiyini bildirib.
Qeyd edək ki, “Bulgargaz” son vaxtlar Bolqarıstan mətbuatında Azərbaycandan razılaşdırılmış təbii qaz həcmlərinin tədarükünü səmərəli şəkildə təşkil edə bilməməsinə görə tənqid olunurdu.