Xəbər - Orxan Nəbiyev – Trend:
Bolqarıstanda koronavirus pandemiyası ilə əlaqədar 10 gün müddətinə ümummilli karantin rejimi tətbiq olunacaq.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Kostadin Angelov deyib.
Karantin martın 22-dən etibarən qüvvəyə minəcək.
Nazir bildirib ki, koronavirusdan ölüm hallarına görə Bolqarıstan Avropa ölkələri arasınsda dördüncü yeri tutur.
Qeyd edək ki, bu günədək ölkədə 290 mindən çox şəxs koronavirusa yoluxub, 11 715 nəfər ölüb.