Bolqarıstan meteoroloqları bazar günü ölkədə daha bir temperatur rekordu qeydə alıblar.
AzerTimes xəbər verir ki, ölkənin cənubunda yerləşən Haskovo şəhərində hava 19,6 dərəcəyə qədər isinib ki, bu da 1943-cü ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.
1943-cü ildə bu şəhərdə dekabrın 11-də 17,5 dərəcə isti qeydə alınıb.