Bolqarıstanın Karnobat şəhərində hərbi məhsulların saxlanıldığı anbarda partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat verib.
Məlumata görə, partlayış zamanı tələfat qeydə alınmayıb. Ərazi güc strukturları tərəfindən mühasirəyə alınıb.
Anbarın bolqar silah taciri Emilian Qebrevə məxsus olduğu bildirilir. Ötən ilin iyulununda da həmin anbarda yanğın baş vermişdi.