Bolqarıstanda radardan itən təyyarənin pilotu həlak olub

9 iyunda qəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.

AzerTimes-ın Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat verib.

“Axtarış əməliyyatları zamanı MiQ-29 qırıcısının pilotu mayor Valentin Terzievin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib”, – qurumun məlumatında deyilir.

Bildirilir ki, təyyarə ilə əlaqə 9 iyun saat 00.45-də qırıcının Qara dəniz üzərində təlim uçuşu həyata keçirdiyi zaman kəsilib. Mövcud məlumata görə, təyyarə dənizə düşüb. Qəzanın səbəbləri açıqlanmayıb.

Teqlər: