Вakı. Trend:
Bolqarıstanda bu gün prezident və Milli Assambleyaya (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.
Trend xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılıb, onlardan 9 399-da səsvermə xüsusi maşınlar vasitəsilə aparılacaq, dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədə seçki hüquqlu 6,7 milyon vətəndaş var.
Növbədənkənar parlament seçkilərində 20 partiya və 7 koalisiyanın nümayəndəsi iştirak edir. 240 yer üçün 5 mindən çox namizəd iddialıdır. Ekspertlərin fikrincə, səsvermədə 3,3 milyona yaxın seçici iştirak edəcək.
Prezidentlik uğrunda 23 namizəd mübarizə aparır.
Seçkilərin gedişini 4 minə yaxın müşahidəçi izləyəcək.