Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Bu gün Bakı vaxtı ilə saat 09:00-da Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

AzerTimes-ın məlumatına görə, ölkədə təxminən 13 min, xaricdə isə 750 seçki məntəqəsi açılıb.

Bolqarıstanda 6,7 milyon vətəndaşın səsvermə hüququ var. Seçicilər ikinci turda hazırkı prezidenti Rumen Radev və Sofiya Universitetinin rektoru Anastas Hercikov arasında seçim etməlidirlər.


Noyabrın 14-ü baş tutan İlk turda R.Radev 49,41 faiz (1 322 128 nəfər), A.Hercikov isə 22,82 faiz (610 710 nəfər) səs toplayıb.