Bu gün Bolqarıstanda yeni dövlət başçısının adının müəyyənləşəcəyi prezident seçkilərinin ikinci turu keçiriləcək.
AzerTimes-ın məlumatına görə, yüksək vəzifə uğrunda mübarizəyə iki namizəd – namizədliyini Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən dəstəklənən hazırkı prezident Rumen Radev və keçmiş hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı leyhinə” partiyasının dəstəklədiyi Sofiya Universitetinin rektoru Anastas Gerdjikov aparır.
kinci turda qalib gəlmək üçün onların hər birinə sadəcə səs çoxluğu lazımdır, səsvermənin nəticələri seçici fəallığından asılı deyil.
Yerli vaxtla saat 07:00-dan 20:00-a qədər ölkədə 13 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək ki, burada təxminən 6,7 milyon nəfər səsvermə hüququna malikdir.