Bolqarıstanda növbədənkanar seçkilərində “Dəyişiklikləri davam etdiririk” koalisiyası qalib gəlir

Bolqarıstanın Texniki Hökumətinin keçmiş iqtisadiyyat və maliyyə nazirləri Kiril Petkov və Asen Vasilevin layihəsi olan “Dəyişiklikləri davam etdiririk” yeni siyasi birliyi növbədənkənar parlament seçkilərində qalib gəlir.

AzerTimes-ın məlumatına görə, bu barədə “Alpha Research” sosioloji agentliyinin səslərin 100%-nin hesablanmasından sonra verdiyi məlumatlarda göstərilib.

Ümumilikdə 47-ci Milli Assambleyada yeddi siyasi birliyin nümayəndələri yer alacaq.

“Dəyişiklikləri davam etdiririk” 26,3% səs toplayıb və seçicilərin 23,2 faizinin dəstəklədiyi Demokratik Qüvvələr İttifaqı ilə koalisiyada olan “Vətəndaşlar Bolqarıstanın inkişafına leyhinə” partiyasını qabaqlayır.

Prezident seçkilərinin birinci turunun qalibi ikinci mandata iddialı olan hazırkı dövlət başçısı Rumen Radev olub, onu səsvermə iştirakçılarının 50,1 faizi dəstəkləyib.