Bolqarıstanda müharibə əleyhinə aksiya keçirildi

Bolqarıstanda müharibə əleyhinə aksiya keçirildi

Sofiyada və ölkənin digər şəhərlərində “Bolqarıstan – sülh zonası” şüarı altında çoxminlik müharibə əleyhinə aksiya keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz dinc Bolqarıstanı qorumaq üçün buradayıq. Kampaniyamız sülh və müharibə əleyhinədir. Prezident, hökumət və parlament deyil, Bolqarıstan xalqı müharibə və sülhlə bağlı öz mövqeyini bildirməlidir”,- təşkilatçılar mitinqdə bildiriblər.

Aksiyada çıxış edənlər Bolqarıstanın sülh zonasında qalmasını və hərbi münaqişələrdə iştirak etməməsini israrla vurğulayıb, xarici siyasət məsələlərində ölkənin suverenliyinə, NATO hərbi bazalarının bağlanmasına təkid ediblər.

Teqlər: