Bolqarıstanda 40 avtomobil toqquşdu

Bolqarıstanda 40 avtomobil toqquşdu

Bolqarıstanın İhtiman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 40-dan çox avtomobil toqquşub.  

Hadisə nəticəsində azı 31 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qəza səhər saatlarında baş verib. Qəzaya səbəb kimi isə sıx duman göstərilir.

Hazırda qəzanın baş verdiyi ərazi polisin nəzarətinə götürülüb və avtomobillərin evakuasiyası həyata keçirilir.