Bolqarıstanda 24 saatdır etirazlar davam edir

Bolqarıstanda 24 saatdır etirazlar davam edir

Bolqarıstanda energetika işçilərinin və mədənçilərin artıq 24 saatdır davam edən etirazları yollarda tıxaclara səbəb olub.

AzerTimes xəbər verir ki, ölkənin Milli Televiziyasının məlumatına görə, 15 saatdan artıqdır etirazçılar tərəfindən bağlanan Stara-Zaqora şəhəri yaxınlığındakı Frakiya magistralında kilometrlərlə uzunluğunda tıxac yaranıb.

Aksiyaların iştirakçıları hakimiyyətin istilik elektrik stansiyalarını və kömür şaxtalarını bağlamaq qərarından narazılıqlarını bildirirlər. Həmkarlar ittifaqlarının hesablamalarına görə, bu qərar 100 min nəfərin işdən çıxarılmasına səbəb ola bilər. Etirazçılar istilik stansiyasının tam gücü ilə işləmə müddətinin ən azı 2030-cu ilə qədər uzadılmasını və bağlanma planlarının geniş müzakirəsini tələb edirlər. Onlar birbaşa aksiyanın keçirildiyi yerdə hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq istəyirlər.

Qeyd edək ki, Bolqarıstan hökuməti təcili iclasda regionların enerji keçidi planlarını sentyabrın sonuna qədər Avropa Komissiyasına göndərmək və bağlanmış müəssisələrin profilinin dəyişdirilməsi üçün Avropa Birliyinin büdcəsindən təxminən 1,5 milyard avro almaq məqsədilə təsdiqləyib.

Teqlər: