Bolqarıstan xarici işlər naziri Mariya Qabrielin Azərbaycana növbəti həftəyə planlaşdırılmış səfəri təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl xanım nazir yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gələcəyini bildirmişdi.