Bolqarıstan uşaqların qayğısına qalır

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyi və SOS Uşaq Kəndləri Azərbaycan İctimai Birliyi 2021-ci
ilin dekabr ayında Bulgarian Development Aid təşəbbüsü vasitəsilə
SOS Uşaq Kəndləri Azərbaycan himayəsindəki uşaqların təhsilinə
dəstək məqsədilə razılaşmışdır. Belə ki, davam edən COVİD-19
pandemiyası uşaq və gənclərin kəsintisiz təhsil almasına dəstək
mövzusu prioritet məsələlərdən biri olaraq qalmışdır. UNİCEF
təşkilatının 2020-ci il Sentyabr tarixli son hesabatına əsasən
dünyada 1 milyarda yaxın uşaq COVİD-19 pandemiyasının təsiri
səbəbindən məktəblərdən uzaq qalıb və bu uşaqlardan 463 milyonu
internet və ya digər kommunikasiyalara çıxışı və/və ya texniki
avadanlıqlar olmadığı üçün onlayn və rəqəmsal təhsildən uzaq qalıb.
SOS Uşaq Kəndləri Azərbaycan olaraq pandemiya dövründə
himayəmizdəki uşaq və gənclərin kəsintisiz təhsilini ilk
hədəflərimizdən olaraq görməyimizə baxmayaraq Bakı və Gəncə SOS
Uşaq Kəndlərində himayəmizdəki 100-dən artıq uşaq məktəb
təhsillərinin təkmilləşdirilməsinə ehtiyac duyur. Bunu nəzərə
alaraq Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı
Səfirliyi ilə birlikdə 200 uşağın təhsil həyatına dəstək vermək
məqsədilə razılıq əldə edilmişdir.

Dəstək anlaşmasının şərtlərinə əsasən SOS Uşaq Kəndləri
Azərbaycan Assosiasiyası İctimai Birliyi himayəsində olan 200 uşaq
üçün Bakı və Gəncə şəhərlərində ana dili, İngilis dili, riyaziyyat
və ibtidai siniflərə hazırlıq dərsləri üzrə 12 ay müddətində
hazırlıq kurslarının təşkili, kurslarının maddi texniki təminatı və
uşaq və valideynlərə psixo-sosial yardım kimi xərclərin Bulgarian
Development Aid təşəbbüsü hesabına ödəmək razılaşdırılmışdır.

Fəaliyyətlərin davamı olaraq 01 Mart 2022-ci il tarixində
Bolqarıstanda geniş qeyd edilən Baba Marta – baharın gəlişi
bayramını Bolqarıstan Səfirliyinin əməkdaşları SOS Uşaq Kəndləri
Bakı fillialını ziyarət edərək uşaqlarla birlikdə bayramı qeyd
etmişlər. Ziyarət zamanı Baba Marta bayramının atributlarından olan
martenitsa hazırlanması ustad sinifləri və milli rəqslərin ifası
həyata keçmişdir.

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai
Birliyi haqqında


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi
1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 137
ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl”
Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən,
1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər Əliyevin
iştirakı ilə 2001 – ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış
mərasimi keçirilmişdir. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz
fəaliyyətinə başlamışdır.

Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri –
Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz,
valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı
göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və
çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin
etməkdir. Assosiasiyanın məramı kimsəsiz, atılmış və valideyn
himayəsindən məhrum olmuş uşaqlara ailə mühitində daimi qayğı
göstərməkdən ibarətdir.

SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az internet
səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.

Teqlər: