Xəbər - Ləman Zeynalova – Trend:
Bolqarıstan Rusiyadan qaz kəmərinin bağlanması təqdirində əlavə
təbii qaz həcmlərinin tədarükü ilə bağlı Azərbaycanla danışıqlar
aparmaq niyyətindədir.
Trend-in
məlumatına görə, bunu ölkənin energetika naziri Aleksandr Nikolov
deyib.
Onun sözlərinə görə, Rusiya tədarükləri bağlı problemlərin
yaranacağı halda bir sıra real alternativlər, o cümlədən “Cənub Qaz
Dəhlizi” üzrə tədarük alternativi mövcuddur.
Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş
təbii qazın tədarükləri də mümkündür.
Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru
(IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr
qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə
salınması nəzərdə tutulur.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)