Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov Azərbaycan
xalqını Novruz bayramı münasibətilə təbrik edib.
AzerTimes-ın məlumatına görə, səfir bu barədə özünün “Twitter”
səhifəsində paylaşım edib.
“Əziz azərbaycanlı dostlar, sizə və sevdiklərinizə sağlam və
xoşbəxt Novruz arzulayıram. Ümid edirəm ki, bu Novruz sizə və
sevdiklərinizə sevgi və hərarət bəxş edəcək. Hər birinizə bahar
əhval-ruhiyyəsi, can sağlığı və xoşbəxtlik arzulayıram. Novruz
Bayramınız Mübarək!”, – deyə paylaşımda deyilir.