Bolqarıstan “Qazprom”la müqaviləni yeniləmək niyyətində deyil

Bolqarıstan Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyanın “Qazprom” şirkəti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar
aparmayacaq.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş nazirinin müavini və
maliyyə naziri Asen Vasilev Bolqarıstan Milli Radiosuna
açıqlamasında deyib.

“İndiki vəziyyətdə bizim “Qazprom”la danışıqlar aparmaq
imkanımız yoxdur”, – deyə nazir bildirib.

A.Vasilev qeyd edib ki, ölkənin mavi yanacağın tədarükü üçün
alternativ variantları var, məsələn, “Trans-Balkan axınının köhnə
boruları, təxminən 20 milyard kubmetr buraxılış imkanına malikdir
və hər iki istiqamətdə istifadə edilə bilər”. Bundan əlavə,
Qətərdən tədarüklərin olduğunu deyən maliyyə naziri əlavə edib ki,
Bolqarıstanın 3 milyard kubmetrə ehtiyacı var.

Qeyd edək ki, Bolqarıstanın “Qazprom”la müqaviləsi 2022-ci ilin
31 dekabr tarixində başa çatır.