Bolqarıstan qaz interkonnektorunun tikintisində ləngimələrə görə itkilərini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Yunanıstanda qaz interkonnektorunun (Yunanıstan-Bolqarıstan interkonnektoru, IGB) tikintisində ləngimələrə görə Bolqarıstan sutkada 750 min avro itirir, bir il ərzində isə ölkənin əldə edə bilmədiyi gəlir 250 milyon avrodan çoxdur.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bitməyən tikintiyə görə, Bolqarıstan daha çox gəlir itirməkdə davam edəcək.

“Bizim məqsədimiz odur ki, Yunanıstan qaz konnektoru iyulun 1-dək istismara verilsin. O zaman bu, növbəti istilik mövsüm üçün hazır olacaq və Bolqarıstan Azərbaycanla saziş üzrə təbii qazın tam həcmini alacaq”, – deyə nazir bildirib.


O əlavə edib ki, boru kəmərinin tikintisinin başa çatması üçün yeni podratçının tapılması lazımdır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: