Bolqarıstan Prezidenti Rumen Radev erkən parlament seçkilərində səs verib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, seçkilərin gedişatını şərh edən R.Radev qalib gələn partiyaların ölkənin yeni hökumətinin formalaşdırılması məsələsinə konstruktiv yanaşacaqlarına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, partiyalar əvvəlki seçkilərdən düzgün nəticələr çıxarıb və seçicilərin ümidlərini qarşılamaq üçün parlamentdəki işlərinə daha konstruktiv və məsuliyyətlə yanaşacaqlar”.
Bolqarıstan prezidenti ölkə vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb və vurğulayıb ki, ölkənin qanuni parlamenti və hökumətinin qurulması onların səslərindən asılıdır.