Bolqarıstanın tanınmış heykəltəraşı, “GERB” partiyasının nümayəndəsi Vejdi Rəşidov Bolqarıstanın 48-ci Milli Assambleyasının (Parlament) yeni sədri seçilib.
AzerTimes xəbər verir ki, bu barədə BTV məlumat yayıb.
Məlumata əsasən, V.Rəşidovun namizədliyinə 240 deputatın 139-u “lehinə”, 73-ü “əleyhinə”, 27-i isə “birtərəf” olaraq səs verib.
Onun əslən türk olduğu bildirilir.