Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edilib

Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının
parlamentində Bəyannamə qəbul edilib.

Bu barədə AzerTimes-a
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan
Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü
ilə əlaqədar Bəyannamə qəbul olunub.

Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613
nəfər, həmçinin, mindən çox yaralanmış və itkin düşmüş şəxslərin
xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə
pislənilir.

Teqlər: