Bolqarıstan öz limanlarına Rusiya gəmilərinin girişinə qadağa
qoyub.
Trend “Associated Press” agentliyinə istinadən xəbər verir ki,
bu barədə ölkənin Dəniz Administrasiyasından bildiriblər.
“Rusiya bayrağı altında üzən, habelə Rusiya bayrağını və ya
qeydiyyatını fevralın 24-dən sonra hər hansı başqa dövlətin
bayrağına və ya qeydiyyatına dəyişdirmiş bütün gəmilərin
Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır”, – deyə
Administrasiyadan bildirilib.
Qeyd edilir ki, qəza vəziyyətində olan və ya humanitar yardıma
ehtiyacı olan, həmçinin Aİ-yə enerji, qida və dərman daşıyan
gəmilər üçün istisna ediləcək.