Bolqarıstan öhdəlik götürüb, Rusiya imkan vermir

Bolqarıstan öhdəlik götürüb, Rusiya imkan vermir

Bolqarıstan avrozonanın 21-ci ölkəsi olmağı qarşısına məqsəd qoyub və 2025-ci ilə qədər avronu qəbul etməyi öhdəsinə götürüb.

AzerTimes xəbər verir ki, bu barədə danışan ölkənin maliyyə naziri Assen Vasilev rusiyayönlü siyasi partiyaların və “saxta media”nın bu proseslərin qarşısını almağa çalışdığını bildirib.

“Saxta xəbər saytları, koordinasiyalı hücumlar və Rusiya ilə çox yaxın əlaqələri olan siyasi partiyalar pik həddə çatan kampaniya zamanı avroya inamı sarsıtmağa çalışırlar. Biz saxta xəbərlər, Rusiya təbliğatını gördük. Rusiya buna son qoymağa çalışacaq və Bolqarıstanın Avropaya inteqrasiyasını dayandırmağa və istənilən ölkənin bu istiqamətdə səylərini sabitsizləşdirməyə çalışacaq”, – Vasilev deyib.

Eyni zamanda, nazir əmindir ki, Rusiyanın səylərinə baxmayaraq, bolqarlar son nəticədə avroya keçidi dəstəkləyəcəklər:

“Rusiyayönlü əhval-ruhiyyə və daha çox rus təbliğatı olsa da, bolqarlar xeyirlərinin harada olduğunu başa düşəcək qədər ağıllıdırlar. İnsanlar təkcə valyuta şurası vasitəsilə avroya bağlanmağın deyil, əslində avroya sahib olmağın faydalarını görməyə başlayırlar”.

Teqlər: