Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə
ala biləcək.
AzerTimes-ın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril
Petkov parlamentdə çıxışı zamanı deyib.
“Biz iyulun 1-dən Azərbaycan qazını tam həcmdə ala bilərik, bu,
Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa
çatıb-çatmamasından asılı olmayacaq”, – baş nazir deyib.
K.Petkov həmçinin bildirib ki, iyun ayında ABŞ-dan iki tankerlə
mayeləşdirilmiş qaz tədarükü barədə müqavilə imzalanıb.
(Tərcümə: Orxan Nəbiyev)