Xəbər - Cani Babayeva – Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi proqramda lentlə hərəkətlərdə Bolqarıstan gimnastı Boryana Kaleyn qızıl medal qazanıb.
AzerTimes-ın məlumatına görə, idmançı 24.300 xal toplayıb.
İkinci yerdə 23.450 xal toplamış belaruslu Alina Qarnasko, üçüncü yerdə 21.500 xalla digər Bolqarıstan gimnastı Katrin Taseva qərarlaşıb.
Azərbaycanlı gimnast Zöhrə Ağamirova 21.400 xalla dördüncü yeri tutub.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü davam edir.
(Tərcümə: Orxan Nəbiyev)