Bolqarıstan Azərbaycandan gözlənilən qaz idxalı həcmini açıqlayıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Sentyabrın sonunadək Bolqarıstan Azərbaycandan təxminən 225 milyon kubmetr təbii qaz alacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bulqarqaz” şirkəti bildirib.

Qeyd olunub ki, qaz Yunanıstan sərdhədində hazırda mövcud olan Kula-Sidirokastro qaz kəməri ilə nəql olunacaq:

“Azərbaycan qazının bu marşrutla nəqli müvəqqəti xarakter daşıyır. Doqquz ay ərzində bu marşrutla 225 milyon kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir”.

Teqlər: