Xəbər - Ləman Zeynalova – Trend:
Bolqarıstan Azərbaycan qazının razılaşdırılmış həcmini satın almaq üçün əlindən gələni edəcək. Bu, ölkədə qaz qiymətlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petrov deyib.
“Azərbaycan və Bolqarıstan 2021-ci ildən başlayaraq Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ildə 1 milyard kubmetr həcmində tədarüklə bağlı müqavilə imzalayıb. Amma interkonnektorun tikintisi başa çatmadığına görə Azərbaycan qazı Bolqarıstana Kulata-Siderokastro interkonnektoru ilə çatdırılır. Bu ilin doqquz ayı ərzində Bolqarıstan Azərbaycandan 225 milyon kubmetr qaz əldə edib”, – deyə nazir bildirib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)