Böyük Britaniya-İsveç şirkəti “AstraZeneca”nın koronavirusa qarşı peyvəndinin ilk partiyası (28,8 min dozalı) Bolqarıstana gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Dərman vasitələri üzrə Agentliyin direktoru Boqdan Kirillov bildirib.
B.Kirillov qeyd edib: “Bolqarıstan 4,5 milyon doza “AstraZeneca” peyvəndini sifariş edib və ilin sonuna qədər alacaq. Fevral ayının sonuna qədər ölkəyə 260 min doza dərman gətirilməlidir”.
Hazırda ölkədə vaksinasiya üçün ABŞ-ın “Pfizer” şirkəti və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan peyvənd istifadə olunur.