Bolqarıstan Rusiyanın Sofiyadakı diplomatik missiyasının 70 əməkdaşını ölkədən çıxaracaq.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov məlumat verib.
“70 yerlik təyyarənin bazar günü Moskvaya dönəcəyini gözləyirik”-deyə, o bildirib.
Məlumata görə, Rusiyanın Sofiyadakı səfirliyində 150-yə yaxın diplomatik işçi çalışır, ona görə də bu qərar əməkdaşların yarıya qədər ixtisar edilməsi deməkdir.