Boliviyada dövlət çevrilişinə cəhd edən general Xuan Xose Suniqa saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Boliviya Televiziyası məlumat verib.
Məlumata görə, ölkə prokurorluğu generalı terrorizmdə ittiham edir.
Boliviya daxili işlər naziri Karlos del Kastilyon isə qeyd edib ki, dövlət çevrilişinə cəhddə ən azı 9 nəfər yaralanıb.