Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə iyulun 28-də yanğın indeksi çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Daşkəsən, Gədəbəydə kiçik, Tovuzda orta, Gəncə, Naftalanda yüksək, Tərtər, Ağdam, Şəmkir, Ağstafada isə çox yüksəkdir.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakəndə kiçik yanğın təhlükəsi növünə çatıb.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağ, Qusarda kiçik, Quba, Xızıda yüksək, Şabranda isə çox yüksəkdir.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllıda kiçik, Şamaxı, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada orta, Yardımlı, Lənkəranda isə yüksəkdir.
Qeyd edək ki, iyulun 29-30-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı davranması tövsiyə edilir.