Bölgədə və dünyada mürəkkəb proseslər baş verir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda keçirdiyi mətbuat konfransında deyib.
“Necə deyərlər, bir ağacla meşə olmaz. Qarşımızda müxtəlif fürsətlər var. Asiya yenidən coğrafi prioritetə çevrilir”, – nazir vurğulayıb.
M.Çavuşoğlu Azərbaycanı Qarabağda qazandığı Zəfərin ikinci ildönümü münasibətilə bir daha təbrik edib: “Fürsətdən istifadə edib Can Azərbaycanı torpaqlarını düşmən işğalından azad etməsinin növbəti ildönümünü və Bayraq Günü münasibətilə təbrik edirəm”.
Nazirin sözlərinə görə, rəsmi Ankara Azərbaycan, Qazaxıstan və Özbəkistanla ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir.