Bolduin öldürdüyü operatorun ailəsi ilə razılaşdı

Bolduin öldürdüyü operatorun ailəsi ilə razılaşdı

Amerikalı aktyor Alek Bolduin çəkiliş meydançasında təsadüfən güllələyərək öldürdüyü Qalina Hatçinsin ailəsi ilə razılaşıb. Belə ki, mərhum operatorun arvadı Metyu Hatçins də daxil olmaqla, bütün tərəflər hadisənin bir qəza olduğunu qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, məşhur Hollivud ulduzu Alek Bolduin “Rust” filminin üzərində işləməyə davam edəcəklərini açıqlayıb. Filmin prodüserləri arasında bu dəfə Metyu Hatçins də olacaq.

M.Hatçins deyib ki, həyat yoldaşının son işinə hörmət naminə filmin orijinal aktyor heyətinin qorunub saxlanmasını istəyir.

Aktyor Alek Bolduin həmçinin, bu çətin dövrdə hər kəsin Qalinanın oğluna əlindən gələnin ən yaxşısını edəcəyini də bildirib.

Qeyd edək ki, “Rust” filminin çəkilişi zamanı amerikalı aktyor Alek Bolduin boş patronlarla doldurulmalı olan tapançadan atəş açıb. Təsadüfən tapançanın döyüş güllələri ilə doldurulması nəticəsində 42 yaşlı operator Qalina Hatçins həlak olub, 48 yaşlı rejissor Coel Sousa isə yaralanıb.

Teqlər: