Boksçumuz iranlı rəqibini məğlub etdi

Boksçumuz iranlı rəqibini məğlub etdi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

AzerTimes xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb.

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Teqlər: