Boksçularımız erməni himninə niyə etiraz etdi? – Açıqlama

Boksçularımız erməni himninə niyə etiraz etdi? – Açıqlama

Yarışlarda hər bir kəs idmançıdır və medallar uğrunda mübarizə aparır. Azərbaycanı təmsil edən boksçular yeniyetmə yaşındadırlar və görünür ki, bu səbəbdən emosiyalara qapılıblar.

Bu sözləri AzerTimes-a açıqlamasında Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində idmançılarımızın Ermənistan himni çalınan zaman kürsünü tərk etmələri ilə bağlı deyib.

“Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində baş verən hadisədə rəqibin kimliyi və hansı ölkəni təmsil etməsi önəmli deyil. Komandamız Vətənə döndükdən sonra komanda üzvləri ilə görüşüb, maarifləndirici söhbətlər aparacağıq”, – Hümmətov bildirib.

Qeyd edək ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində Ermənistan himni çalınan zamanı idmançımız Aylin Nəzərova nümayişkaranə şəkildə fəxri kürsünü tərk edib, digər idmançımız Nihat Qasımov da Ermənistanın himinə etiraz olaraq, arxasını çevirib.

Teqlər: