Boks üzrə yığmamız Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Məhəmməd Abdullayev bu uğura imza atıb.

Azərbaycan Boks Federasiyasından AzerTimes-a verilən məlumata görə, boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.


Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Teqlər: