Boks Assosiasiyası 7 federasiyanın üzvlüyünü dayandırdı

Boks Assosiasiyası 7 federasiyanın üzvlüyünü dayandırdı

Beynəlxalq Boks Assosiasiyası (IBA) yeddi milli federasiyanın təşkilata üzvlüyünü dayandırıb. Müvafiq qərar Yeni Zelandiya, Almaniya, İsveç, Niderland, Çexiya, Liberiya və Ekvatorial Qvineya federasiyaları ilə bağlı qəbul edilib.

AzerTimes xəbər verir ki, bu barədə IBA-nın mətbuat xidməti məlumat yayıb.

Yeni Zelandiya Boks Assosiasiyası, Almaniya Boks Assosiasiyası, İsveç Boks Federasiyası və Niderland Boks Federasiyası IBA-in qaydalarını və əsasnaməsini pozduqları üçün onların üzv kimi fəaliyyəti dayandırılıb. Çexiya Boks Assosiasiyasının üzvlüyü onun ABŞ boksçularının iştirakına icazə verdiyi beynəlxalq turniri təşkil etməsindən sonra dayandırılıb. Aprelin 26-da ABŞ Boks Federasiyası Beynəlxalq Boks Assosiasiyasına üzvlüyünü dayandırdığını bildirib.

IBA-in Direktorlar Şurası üzvlük siyasətinə uyğun olaraq illik hesabatlarını təqdim etməyən Liberiya Boks Assosiasiyası və Ekvatorial Qvineya Boks Federasiyasının üzvlüyünü dayandırıb. Bütün milli federasiyalara onların üzvlüyünün tam bərpa olunması üçün aydın şərtlər təqdim edilib. Qeyd olunur ki, fəaliyyəti dayandırılmış milli federasiyaların idmançıları IBA-in himayəsi ilə keçirilən yarışlarda iştirak edə bilərlər, lakin onlar birbaşa IBA-in İdman şöbəsi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Teqlər: