Enerji böhranı və bahalaşma Almaniya iqtisadiyyatına dönməz ziyan vuracaq.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek deyib.
“İstənilən halda iqtisadiyyatımızın gələcək həyat qabiliyyəti risk altındadır. Geriyə dönməz ziyan vurmaq riski var. İndi biz iqtisadiyyatımızı böhrandan çıxarmaq, iş yerlərini saxlamaq, investisiyaları və iqtisadiyyatımızın gələcək həyat qabiliyyətini qorumaq üçün bütün maliyyə resurslarını toplaymalıyıq”, – Habek bildirib.