Boğazlardan bir dənə də hərbi gəmi keçməyib – Çavuşoğlu

Boğazlardan bir dənə də hərbi gəmi keçməyib – Çavuşoğlu

Türkiyə Montrö Konvensiyasının bütün tələblərini yerinə yetirir və bir dənə də döyüş gəmisi boğazlardan keçməyib.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə Qara dəniz regionunda gərginliyin intensivliyini azaltmağa kömək edən Montrö Konvensiyasının bütün tələblərinə əməl edir. Türkiyə boğazlarından mart ayından başlayaraq bir dənə belə olsun hərbi gəmi keçməyib. Suriyaya gedən heç bir Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanından istifadə etməyib. Ankara ölkələri hər fürsətdə təmkinli davranmağa çağırır”, – Çavuşoğlu bildirib.

Teqlər: